• Front-End
  • Proqramlaşdırma

Frontend kursları və izləməli olduğunuz bloqlar - Coders

Paylaş
Frontend kursları və izləməli olduğunuz bloqlar - Coders

Frontend developer olmaq üçün internet dünyası frontend kursu yaxud pdf kitablar, bloqlar baxımından olduqca zəngindir. Oflayn formada frontend kursu bitirmiş olsanız belə, davamlı inkişaf üçün sıx sıx və mütləq şəkildə tanınmış resurslardan frontend kursları almaq vacibdir. Aşağıda faydalı olacağını düşündüyümüz bəzi frontend kursu, frontend developer vakansiyası paylaşan saytlar və frontend sahəsində bloq linkləri bölüşəcəyik. 

 

Frontend kursları:

 

1.Coursera - İçərisində İBM, Meta, University of Michigan kimi tanınmış resursların təqdim etdiyi onlayn formada frontend kursları mövcuddur. Bitirdikdən sonra sertifikat da əldə edərək bunu Linkedin profilinizdə bölüşməyiniz sizə faydalı ola bilər. 

 

2. Codecamy - Bu onlayn frontend kursu xüsusi olaraq vebsaytları gözəl, funksional və sürətli etmək üçün dizaynerlərlə sıx əməkdaşlıq edən frontend developerlər üçün nəzərdə tutulmuşdur. “Front End Engineer Career Path” sizə təkcə lazımi dilləri və texnologiyaları deyil, həm də təcrübəli proqramçı kimi necə düşünməyi öyrədəcək. Bu kursun sonunda siz yeni karyeranıza başlamaq üçün lazım olan portfolio və müsahibə bacarıqlarına da sahib olacaqsınız. 

 

3. University of Michigan (Coursera) - Bu İxtisaslaşma sizə düzgün HTML5 və CSS3 yazmağı və JavaScript ilə interaktiv veb təcrübələri yaratmağı öyrədəcək. Bunları öyrənmək mobil, planşet və bir sıra digər ekranlarda problemsiz işləyən yüksək keyfiyyətli veb saytlar hazırlamağa və peşəkar frontend developer olmağa imkan verəcək.

 

4.  İntermediate web and frontend development (İBM) - Bu pulsuz giriş kursu sizə sıfırdan qabaqcıl frontend proqramlaşdırmanı, eləcə də frontend sahəsindəki əsas alətlər və texnologiyaları öyrənməyə kömək edəcək. 

 

Frontend sahəsində izləməli olduğunuz bloqlar: 

https://www.toptal.com/developers/blog/web-front-end 

 

https://dev.to/ 

 

http://web.dev/blog 

 

https://developer.chrome.com/blog/ 

 

Unutmayın bu sahə də digərləri kimi daimi öyrənmə tələb edir. Daim aktual məlumatları izləməyə çalışın, bu sizi uğura apracaq yollardan biridir. Karyeranıza frontend proqramçı kimi davam etmək istəyirsinizsə, Codersin 4 aylıq frontend kursu proqramına qoşularaq praktika əsaslı bilgilər əldə edə və sahənin peşəkarlarından biri ola bilərsiniz.

DİGƏR XƏBƏRLƏR