Karyera yönümlü dərs proqramı və səmimi mühit

TƏHSIL MODELI

Dərslər həftəiçi 5 gün və günlük 3 saat ərzində həm nəzəri həm də praktiki  olmaqla intensiv şəkildə keçirilir. Hər bir modulun sonunda tələbələr öyrəndiklərini tətbiq edir və real layihələr hazırlayaraq öz portfoliolarını genişləndirirlər.

TƏHSİL MODELİ

Dərslər xüsusi kurrikulum əsasında hazırlanan Coders Bootcamp metodu ilə tədris olunur. Bootcamp modeli intensiv tədris modeli olduğu üçün tələbələr daim dəyişən tələblərə daha tez hazır olurlar.

TƏHSİL MODELİ

Qruplarda tələbə sayı maksimum 8 nəfər olur. Bu da dərslərdə  hər bir tələbəyə fərdi yanaşılmasına və tələbələr arasında faydalı əlaqələrin qurulmasına dəstək olur.

TƏHSİL MODELİ

TƏLƏBƏNİN DƏYƏRLƏNDİRİLMƏSİ

Coders Azerbaijanda təhsilə başlayan hər bir tələbə üçün performans sistemi yaradılır və sistemdə qiymətləndirilmə, yerinə yetirilən tapşırıqlar, davamiyyət, proyekt üzərində iş, kod saatı və əlavə praktika üzərindən müəllim heyəti tərəfindən gündəlik olaraq qeydə alınır. Bu da tələbənin özünü dəyərləndirmə prossesinə, həmçinin öz zəif nöqtələrini tez təyin etməsinə kömək edir.

MENTOR MÜƏLLİMLƏR

Tələbələrimiz peşəkar müəllim heyəti ilə yanaşı mentor müəllimlərimizlə birgə işləyirlər. Mentor müəllimlər tədris proqramımızı uğurla başa vurmuş məzun və ya ortalaması 90 üzərində olan və praktiki mərhələyə keçid etmiş tələbə heyətidir. Tələbə hər hansı mövzuda çətinlik ilə qarşılaşarsa o, birbaşa mentora dəstək üçün müraciət edir, bununla yanaşı həftə sonları müəllimlərlə fərdi dərslərə qoşulur. Əgər tələbənin müvəfiqiyyət göstəricisi aşağıdırsa, bu zaman tələbənin mentor müəllim ilə həftə sonu baş tutacaq dərslərdə iştirak edir.

 

CODERS CAFE

Coders Cafe tələbələrin tapşırıqlarını ən effektiv formada və fokusunu dağıtmadan işləyə bilməsi üçün yaradılan bir yerdir. Buradakı abu hava sizi rahat hiss etdirməklə yanaşı maksimum produktiv olmağa sövq edir.

TƏDBİRLƏR

Tələbələrimizin hər tərəfli inkişafı üçün icma daxilində mütəmadi olaraq dərsdən əlavə fəaliyyətlər həyata keçirilir. Bu fəaliyyətlər tələbələrin dünyagörüşünün genişləndirilməsi, sosiallaşmaq,həmçinin yumşaq bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Tədbirlərin baş tutmasında təşəbbüskarlıq adətən tələbələrə məxsus olur.