Data Science nədir?

Data (informasiya) hər bir təşkilatın ən önəmli varlığıdır. Lakin onu uyğun hala çevirə bilmədikdə əldə olan datanın heç bir dəyəri olmur. Data Science isə bu məlumatların öyrənilməsidir. 3 əsas elmdən ibarətdir – riyaziyyat, statistika, informasiya texnologiyaları. Data Scientist-in vəzifəsi məlumatları təhlil etmək, işləmək, modelləşdirmək, daha sonra şirkətlər və digər təşkilatlar üçün fəaliyyət planları yaratmaq və nəticələri şərh etməkdən ibarətdir.

Kimlər müraciət edə bilər?

Riyaziyyat və statistika üzrə tələb olunan biliklərə sahib olan hər kəs Data Science proqramına müraciət edə bilər.

Bunun üçün sizdən xüsusi təhsil göstəricisi deyil, komandada işləmə bacarığı və analitik düşüncə tələb olunur.

Tədris proqramı

  • Python
  • NLP
  • Maşın Öyrənmə (Machine Learning)
  • NumPy
  • Matplot
  • Reinforcement Learning
  • Pandas
  • Riyaziyyatın təməlləri
  • Statistika və ehtimal nəzəriyyəsi

Tədris istiqaməti haqqında ətraflı məlumat üçün broşuru yükləyin

Kataloqu yüklədownload

Məzun rəylər

Minəxanım Hacımuradova
Minəxanım Hacımuradova

Coders Azerbaijanda Data Science bootcamp'ın tələbəsi kimi, bu mərkəzi programlaşdırmaya həvəsli, yaşından asılı olmayaraq özünü inkişaf etdirmək istəyən hər bir kəsə şiddətlə tövsiyə edirəm. Digər kurslarda bəzən müəllimlərin çox savadlı olduğunu amma biliklərini tam olaraq tələbələrə aşılaya bilmədiyini görə bilirik. Amma bu mərkəzdə hər bir bootcamp müəlliminin texniki və pedaqoji baxımdan necə özənlə seçildiyin şahidi olmuşam. Burada texniki bacarıqlarınızı inkişaf etdirməklə bərabər səmimi kollektivin bir üzvü olacaqsınız. Karyerasında ilk addımlarını Codersdə atacaq hər kəsi çox şanslı hesab edirəm və əminəm ki, bu rəqabətli mühitə qısa zamanda və digərlərindən bir neçə addım öndə daxil olacaqlar.

Müraciət forması

Bir dəfə görmək, iki dəfə eşitməkdən yaxşıdır. Ofisə gəlmək üçün vaxt təyin edib, fərdi konsultativ görüşdən yararlanaraq, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə birbaşa yaxından tanış ol.