Hekayəni bizimlə kodlaşdır

Hekayəni bizimlə kodlaşdır

HEKAYƏMİZ

2016-ci ildə informasiya texnologiyaları sahəsində minlərlə istedadlı gəncin potensialını ortaya çıxarmaq məqsədilə fəaliyyətə başladıq. İntensiv tədris sistemində cəmiyyətimizi qurmaq üçün gecə gündüz çalışaraq sonsuz sayda kodlar yazdıq.

Bir qismimiz işə başladı, bir qismimiz olimpiadalarda bizi uğurla təmsil etdi, bir qismimiz isə sahibkarlıq ruhunu irəli çəkərək startapını qurdu. Coders ailəsi olaraq təhsil və icmamızı daima genişləndirərək bir çox tərəfdaş qazandıq. Akademik və iş sektorları ilə birgə qurulan əməkdaşlıqlarla yüzlərlə məzunumuzun karyerasına yeni başlanğıclar etməsində dəstək olduq.

Təcrübəli müəllimlər
Əvəzedilməz şəbəkə
Peşəkar yanaşma
Müasir tədris proqramı
TƏLİMÇİLƏRİMİZ
TƏLİMÇİLƏRİMİZ

İxtisaslı kadr formalaşmasında ən vacib nüanslardan biri təlimçinin bu sahədəki şəxsi təcrübəsinə dayanır. Coders olaraq biz müəllim seçimində təlimçinin iş təcrübəsinə xüsusi diqqət yetirir və təlimçi seçimini bir neçə prosesdə həyata keçiririk.

Təlimçi olaraq Coders Azerbaijan-da təlimçilərin minimum 3 illik iş təcrübəsi və minimum "strong middle" dərəcədə olması və Coders'lə yanaşı praktiki fəaliyyətini davam etdirməsi şərtdir.  Təlimçilər ilkin müraciət sonrası həm texniki həm də pedaqoji yoxlamalardan tam uğurla keçdikdən sonra təlimçi kimi çalışa bilər.

YOLU ONLAR GÖSTƏRİR

Amİl Abdullazadə
Amİl Abdullazadə
Front End
İbrahİm İbrahİmlİ
İbrahİm İbrahİmlİ
Kiber təhlükəsizlik
Bayram Nəzərov
Bayram Nəzərov
Kiber Təhlükəsizlik
Qalİb Əhmədov
Qalİb Əhmədov
İT Biznes Analitik
Hörmət Həmİdov
Hörmət Həmİdov
CS50x
Hüseyn Tahİrov
Hüseyn Tahİrov
Mobil Proqramlaşdırma
Fuad Süleymanlı
Fuad Süleymanlı
Front End
Qİsmət Hüseynov
Qİsmət Hüseynov
Back End
Elnur Astanov
Elnur Astanov
Front End
Ramİl Hüseynov
Ramİl Hüseynov
Kiber Təhlükəsizlik
Etİbar ƏLİyev
Etİbar ƏLİyev
Data Science
Fuad Hüseyn
Fuad Hüseyn
Back End
Etİbar Seyİdzadə
Etİbar Seyİdzadə
CS50x

TƏHSİL MODELİ

Dərslər xüsusi kurrikulum əsasında hazırlanan Coders Bootcamp metodu ilə tədris olunur. Bootcamp modeli intensiv tədris modeli olduğu üçün tələbələr daim dəyişən tələblərə daha tez hazır olurlar.

Qruplarda tələbə sayı 8-dən çox olmadığı üçün hər bir tələbəyə fərdi yanaşılır və tələbələr arasında gələcək üçün faydalı olacaq əlaqələrin qurulması üçün imkanlar daha yüksək olur.

Dərslər həftə içi 5 gün və hər dərs 3 saat həm nəzəri həm də praktiki olmaqla intensiv şəkildə keçirilir. Hər bir modulun sonunda tələbələr öyrəndiklərini tətbiq edir və real layihələr hazırlayaraq öz portfoliolarını genişləndirirlər.