Əylənərək öyrən

CODERS KLUBA ÜZV OL, ƏYLƏNƏRƏK ÖYRƏN

“Coders Club” tələbələrin hüquq və maraqlarını qoruyan tələbə təşkilatıdır. Təşkilat müəssisənin tələbə və məzunlar arasındakı kommunikasiyanı gücləndirmək və onların sosial həyatına rəngarənglik qatmaq məqsədi daşıyır.

“Coders Club”ın əsas fəaliyyət istiqamətlərdən biri də tələbə və məzunlara karyera yönümündə dəstək verməkdir. Beləliklə onların böyük müəssisələrə təcrübəyə yönləndirilməsi və işlə təmin olunmasını optimallaşdırmaq hədəfləyir

“Coders Club” tələbə və məzunlara nüfuzlu yerli və beynəlxalq tədbirlərdə iştirakı yönümündə də öz dəstəyini göstərəcək, maarifləndirici və əyləncə yönümündə layihələr həyata keçirir.

MƏZUNLARIMIZIN DƏSTƏYİ

Məzun tələbələrimiz hal-hazırda tədrislərini davam etdirən tələbələrin ixtisaslı kadr kimi formalaşmasına töhvə verə biləcək imkanları paylaşır, karyeralarına uğurlu başlanğıc etmək üçün tövsiyyələr ala biləcəyi fürsətlər haqqında xəbardar edir.

MƏZUNLARIMIZIN DƏSTƏYİ
Coders Club

Coders Club  tələbələr, müəllimlər və məzunları arasında formalaşmış geniş bir icmadır.  Coders Club üzvlərin təşəbbüsləri əsasında onların ehtiyaclarına uyğun olaraq fəaliyyət göstərir. İcma daxilində yaranan və paylaşılan imkanlar hər bir icma üzvünün daimi və hərtərəfli inkişafına şərait yaradır.

Keçirilən tədbirlər, sosial fəaliyyətlər cari tələbələrin komanda ruhunda formalaşmasına, yumşaq bacarıqların inkişaf etdirilməsinə, asudə vaxtlarının şən və faydalı keçirmələrinə, məzun və cari tələbələr arasında əlaqələrin qurulmasına töhvə verməyə çalışır.

 

RESURSLARA LİMİTSİZ GİRİŞ

RESURSLARA LİMİTSİZ GİRİŞ

Resurslarımızdan bütün Coders Club üzvləri tələbə olduğu müddətdə və tədrisini sonlandırdıqdan sonra da istifadə edə bilmələri üçün tam giriş verilir.

Şəbəkələşmə

Coders Club üzvləri və əmək bazarının nümayəndələri arasında birbaşa əlaqə yaradır. Formalaşmış şəbəkə daxilində üzvlər müxtəlif platformalardan istifadə edərək effektiv iş tapmağın yolları haqqında kifayət qədər məlumat əldə edə bilirlər.

CODERS CAFE

Coders Cafe tələbələrin tapşırıqlarını ən effektiv formada və fokusunu dağıtmadan işləyə bilməsi üçün yaradılan bir yerdir. Buradakı abu hava sizi rahat hiss etdirməklə yanaşı maksimum produktiv olmağa sövq edir.