Frontend nədir?

Frontend proqramçı saytların ön üzünü (görünən tərəfini) hazırlayan şəxsdir. Veb dizayner saytın ön görünüşünü, frontend proqramçı isə bu dizaynı kodlarla tətbiq edərək istifadəçiyə göstərən şəxsdir. Saytlarda görünən, kliklənən və toxunulan bütün hissələr frontend proqramçıların hazırladığı sahədir. Buna misal olaraq dizayn, kontent, düymələr, şəkillər, naviqasiya və s. daxildir.

Kimlər müraciət edə bilər?

Veb proqramlaşdırma haqqında müəyyən biliyi və dizayna marağı olan, kreativ düşüncəli namizədlər frontend kursu proqramına qoşula bilər. 

Maraqlı layihələr və möhkəm inkişaf potensialı təklif edən bir karyera yolu axtarırsınızsa, frontend proqramçı olmaq əla seçimdir.

Bunun üçün sizdən xüsusi təhsil göstəricisi deyil, analitik düşüncə tələb olunur.

Tədris proqramı

  • HTML5
  • CSS3
  • Bootstrap
  • Javascript
  • JQuery
  • React JS

Tədris istiqaməti haqqında ətraflı məlumat üçün broşuru yükləyin

Kataloqu yüklədownload

Məzun rəylər

Camal Hüseynov
Camal Hüseynov

Coders tərəfindən təşkil edilən bu frontend kursu, mənim proqramlaşdırma sahəsindəki təhsilimə dəyərli əlavələr edən bir təcrübə oldu. Proqram, ən son texnologiyalara uyğun bir mündəricat təklif edirdi. Əlavə olaraq, praktiki layihələrlə kodlama bacarığımı daha da inkişaf etdirməyə imkan verirdi. Təlimçilər bilikli, təcrübəli olmaqla yanaşı dərs saatlarından da əlavə yeni şeylər öyrənməyə həvəsləndirirdilər. Coders Bootcamp, proqramlaşdırma sahəsindəki potensialımı genişləndirməyə və müxtəlif kariyera perspektivləri yaratmağa kömək etdi.

Müraciət forması

Bir dəfə görmək, iki dəfə eşitməkdən yaxşıdır. Ofisə gəlmək üçün vaxt təyin edib, fərdi konsultativ görüşdən yararlanaraq, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə birbaşa yaxından tanış ol.