Mobile proqramlaşdırma nədir?

Mobil proqramlaşdırma gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib, bu tətbiqlər olmadan gündəlik həyatımızın rahat irəlilədiyini təsəvvür etmək mümkün deyil. Mobil proqramlaşdırma, qısaca mobil cihazlar üçün mobil tətbiqetmənin hazırlanmasıdır. Flutter, açıq mənbə mobil tətbiq çərçivəsidir. Proqramçılar yerli platforma ilə birlikdə Flutter-dən istifadə edərək Android, Android TV, iOS, macOS, tvOS, Web, Windows və UWP üçün mobil tətbiqlər hazırlayır.

Kimlər müraciət edə bilər?

Veb proqramlaşdırma haqqında müəyyən biliyi və dizayna marağı olan, kreativ düşüncəli namizədlər mobil proqramlaşdırma proqramına qoşula bilər. 

Maraqlı layihələr və möhkəm inkişaf potensialı təklif edən bir karyera yolu axtarırsınızsa, mobil developer olmaq əla seçimdir. 

Bunun üçün sizdən xüsusi təhsil göstəricisi deyil, analitik düşüncə tələb olunur.

Tədris proqramı

  • Dart
  • Data Structures
  • Flutter- An Overview
  • Fuchsia OS and Flutter
  • Stateless widgets
  • Validating Input (Forms)
  • IOS Cupertino
  • App publishing

Tədris istiqaməti haqqında ətraflı məlumat üçün broşuru yükləyin

Kataloqu yüklədownload

Məzun rəylər

Qalib Əlizadə
Qalib Əlizadə

Mobile Development bootcampında Coders Azerbaijan kollektivi mənə çox şey qatdı. Bu səviyyəyə qədər öyrənəcəyimi həqiqətən təxmin etmirdim. İlk başda müəllimim olan Hüseyn Tahirova daha sonra Coders Azerbaijan əməkdaşlarının hər birinə hər şey üçün təşəkkürlərimi bildirirəm.

Nərmin Nəsibova
Nərmin Nəsibova

2022-ci il, mart-iyul ayları ərəfəsində "Flutter- Mobile Development" intensiv tədris sistemində (bootcamp-da) iştirak etmişəm. Bildirmək istəyirdim ki, həmin bootcamp müddətində bizi yüksək səviyyədə tədris edən Hüseyn müəllimə və həmçinin işinə hərzaman məsuliyyətlə və sevərək yanaşan "Coders Azerbaijan" əməkdaşlarına dərin təşəkkürlərimi bildirirəm. Sözü gedən bootcamp sayəsində proqramlaşdırma sahəsinə çox əla giriş etdim, nəzəri və praktiki biliklərimi artırdım, hətta bir neçə proyektdə uğurlu iştirak etdim desəm yanılmaram.

Müraciət forması

Bir dəfə görmək, iki dəfə eşitməkdən yaxşıdır. Ofisə gəlmək üçün vaxt təyin edib, fərdi konsultativ görüşdən yararlanaraq, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə birbaşa yaxından tanış ol.