• Proqramlaşdırma
  • Cyber Security

"Coders Azerbaijan" jurnalistlər üçün təlim təşkil edib

Paylaş
"Coders Azerbaijan" jurnalistlər üçün təlim təşkil edib

Rəqəmsal texnologiyalar sahəsində intensiv tədris fəaliyyəti göstərən  "Coders Azerbaijan" müxtəlif media qurumlarında çalışan 15 jurnalistə “Mediada Kiber Hücum formaları” mövzusunda təlim keçirib.

Əvvəlcə təlim iştirakçıları Azərbaycanın kibertəhlükəsizlik ekosistemi və bu ekosistemin gücləndirilməsi istiqamətində ölkədə həyata keçirilən mühim tədbirlər barədə məlumatlandırılıb. 

Daha sonra təlimçi Riyad Ağazadə  kiberməkanda saxta xəbərlər və dezinformasiyaya qarşı mübarizədə tətbiq olunan mexanizmlər, bu günə qədər dünyada baş vermiş məşhur kiber hücum nümunələrini media nümayəndələrinə nümayiş edib, həmçinin media sferasında kibertəhlükəsizliyin əhəmiyyətini vurğulayıb. 

Tədbirdə həmçinin kibertəhlükəsizliyin təmin olunmasının texniki və təcrübi aspektlərinə dair təlim iştirakçılarının sualları da cavablandırılıb.

Təlimin sonunda iştirakçılar qruplara bölünərək müxtəlif praktiki tapşırıqlar yerinə yetirib.

DİGƏR XƏBƏRLƏR