DevOps nədir?

DevOps proqramçılar tərəfindən inkşaf olunan veb və mobil tətbiqin yaradılması prosesini sürətləndirməyə, yüksək proqram keyfiyyətinin davamlılığını təmin etməyə xidmət göstərən bir sahədir. Bu sürət təşkilatlara müştərilərinə daha yaxşı xidmət göstərməyə və bazarda daha təsirli rəqabət etməyə imkan verir. Bir DevOps mühəndisi, kodlaşdırma və yerləşdirmədən, texniki xidmətə və yeniləmələrə qədər proqram inkişaf ömrü boyunca ehtiyacları qarşılamaq üçün proseslər, alətlər və metodologiyalar təqdim edir.

Kimlər müraciət edə bilər?

Yaxşı monitorinq bacarığına və analitik düşüncəyə sahib olan hər kəs proqrama müraciət edə bilər. 

DevOps, İnformasiya Texnologiyaları sənayesində artan bir sahədir. Bacarıqlı mütəxəssislərə tələb artdıqca, müxtəlif rollarda DevOps iş imkanları da artmaqdadır. 

Bunun üçün siz təkbaşına olduğu kimi, həm də komanda ilə yaxşı işləməyi bacarmalısınız.

Tədris proqramı

  • Linux
  • Maven
  • Terraform
  • Shell script
  • Kubernetes
  • Selenium
  • Git
  • Docker
  • Nagios
  • Jenkins
  • Ansible
  • Cloud computing
  • GitLab
  • Prometheus and Grafana

Tədris istiqaməti haqqında ətraflı məlumat üçün broşuru yükləyin

Kataloqu yüklədownload

Məzun rəylər

Heydər Fətəliyev
Heydər Fətəliyev

Coders. 6 hərfdən ibarət amma arxasında unutmayacağım təhsil və təcrübə qazandıran bir tədris mərkəzi. Həyatımda qarşılaşdığım ən gözəl təsadüflərdən biri olabilər. Əslində niyyətim sadəcə peşəni öyrənmək və sonra yoluma baxmaq idi. Amma həm staff həm bootcamp həm də sinifdən çox gözəl insanlarla tanış olub həyatıma yeni dostluqlar aldım. İnsan ailəsini seçə bilmir ancaq ailə kimi doğma insanları seçə bilir. Məsələ birşeyləri öyrənmək deyil. Məsələ həvəslə öyrənmək, getdiyin yerə canla-başla getməkdir. Coders tam olaraq bu hissi yaşatdı mənə. O ki qaldı təhsilə, həqiqətən sıfırdan heçnə bilmədən bu qədər şey öyrənib tətbiq edəcəyimi düşünməzdim. Nəzərimdə tutduğumnan daha çox şey öyrəndim. Çox şey qatdı mənə Coders. Hərşey üçün təşəkkürlər. P.S. Ən gözəl yanı isə kursun bitməyi sizdən qopmağım anlamına gəlmir. Qışın ləziz soyuğunda Coders cafe-nin dadlı çayını içib rahatlıqla işimi görəcəm :)

Müraciət forması

Bir dəfə görmək, iki dəfə eşitməkdən yaxşıdır. Ofisə gəlmək üçün vaxt təyin edib, fərdi konsultativ görüşdən yararlanaraq, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə birbaşa yaxından tanış ol.