Sadə dildə, proqramlaşdırma, veb sayt, mobil tətbiq, oyun və ya hər hansı bir texnoloji məhsul yaratmaq üçün yazılan koddur. Bugün, sosial media platformalarından e-ticarət saytlarına, çox şey proqramlaşdırma sayəsində mümkün olur.
Proqramlaşdırma Necə Tərkib Olunur?
Proqramlaşdırma iki əsas istiqamətdə inkiaf edir: Frontend (müştəri tərəfli) və Backend (server tərəfli). Hər ikisi birlikdə veb saytların və ya tətbiqlərin funksionallığını və istifadə çevikliyini təmin edir.
Frontend Proqramlaşdırma
Frontend proqramlaşdırma, istifadəçilərin gördüyü hissəni təmin edir. Bu, veb saytın görünüşü, dizaynı və vizual təəssüratı ilə əlaqəlidir. Frontend proqramçılar dizaynerlərin yaratdığı maketəri interaktiv və funksional elementlərə çevirirlər. Front end nedir? Hələ də tam məlumatlı deyilsinizsə, digər bloqumuzu incələyə bilərsiniz.
Frontend sahəsində istifadə edilən əsas texnologiyalar:
- HTML (HyperText Markup Language): Veb səhifənin strukturunu yaradır.
- CSS (Cascading Style Sheets): Veb səhifənin dizaynı və vizual təsiri təmin edir.
- JavaScript: Veb səhifəni interaktiv və dinamik edir.
Bundan başqa, React, Vue.js, və Angular kimi çərçivələr və Bootstrap kimi dizayn alətləri frontend proqramçıların işinə böyük asanlıq yarada bilir.
Frontend proqramçıların məsuliyyətlərinə bunlar daxildir:
- Vizual elementlərin düzgün əks olunması.
- Veb saytın hər cihazda cavabverici (responsive) olması.
- SEO dostu strukturları yaratmaq.
Backend Proqramlaşdırma
Backend proqramlaşdırma, sistemin pərdə arxasında işləyən hissəsidir. Bu sahə məlumat bazaları, server prosesləri və ümumi texniki infrastrukturdan ibarətdir. Backend proqramçı, sistemin səmərəli və düzgün işləməsini təmin edir.
Backend texnologiyaları bunları əhatə edir:
- Proqramlaşdırma Dilləri: Python, Ruby, PHP, Java.
- Verilənlər Bazası: MySQL, PostgreSQL, MongoDB.
- Alətlər və Çərçivələr: Node.js, Django, Laravel.
Backend proqramçıların məsuliyyətlərinə daxildir:
- Verilənlər bazası dizaynı və idarə olunması.
- Server tətbiqlərinin optimallaşdırılması.
- Məlumat təhlukəsizliyinin təmin olunması.
Backend proqramçılar adətən texniki və iş gedişatına yaxından nəzarət edir.
Əgər Proqramlaşdırma nədir? Bloqunu ümumiləşdirsək - Proqramlaşdırma, günümüz texnologiya dünyasında vəzkeçilməzdir. Həm frontend, həm backend sahəsini öyrənməklə texnologiya sahəsində karyera qurmaq çox mümkün və dəyərlidir.