Tələbələrimiz peşəkar müəllim heyəti ilə yanaşı mentor müəllimlərimizlə birgə işləyirlər. Mentor müəllimlər tədris proqramımızı uğurla başa vurmuş məzun və ya ortalaması 90 üzərində olan və praktiki mərhələyə keçid etmiş tələbə heyətidir. Tələbə hər hansı mövzuda çətinlik ilə qarşılaşarsa o, birbaşa mentora dəstək üçün müraciət edir, bununla yanaşı həftə sonları müəllimlərlə fərdi dərslərə qoşulur.
Əgər tələbənin müvəfiqiyyət göstəricisi aşağıdırsa, bu zaman tələbənin mentor müəllim ilə həftə sonu baş tutacaq dərslərdə iştirak edir.
Karyera yönümlü dərs proqramı və səmimi mühit
Dərslər həftəiçi 5 gün və günlük 3 saat ərzində həm nəzəri həm də praktiki olmaqla intensiv şəkildə keçirilir. Hər bir modulun sonunda tələbələr öyrəndiklərini tətbiq edir və real layihələr hazırlayaraq öz portfoliolarını genişləndirirlər.

Mentorluq proqramı
Mentorluq proqramı
Coders Club
Kodlaşdırma bilmək, sizə düşündüklərinizi reallaşdırmaq üçün bir vasitədir. Bu, sizə güc verir ki, öz ideyalarınızı dünyaya təqdim edəsiniz və insanların həyatını yaxşılaşdırmaq üçün yeni şeylər yaradasınız.
Coders Cafe
Coders Cafe tələbələrin tapşırıqlarını ən effektiv formada və fokusunu dağıtmadan işləyə bilməsi üçün yaradılan bir yerdir. Buradakı abu hava sizi rahat hiss etdirməklə yanaşı maksimum produktiv olmağa sövq edir.
Performans Sistemi
Coders Azerbaijanda təhsilə başlayan hər bir tələbə üçün performans sistemi yaradılır və sistemdə qiymətləndirilmə, yerinə yetirilən tapşırıqlar, davamiyyət, proyekt üzərində iş, kod saatı və əlavə praktika üzərindən müəllim heyəti tərəfindən gündəlik olaraq qeydə alınır. Bu da tələbənin özünü dəyərləndirmə prossesinə, həmçinin öz zəif nöqtələrini tez təyin etməsinə kömək edir.