- 4 ay | Həftədə 5 gün | Gündə 3 saat (ümumi 240 saat)
- Sıfırdan başlayanlar üçün
- Onlayn qoşulma imkanı
- Video, e-book dərs materialları ilə təminat
- Beynəlxalq sertifikata yönəltmə*
Frontend Proqramlaşdırma
Front End sahəsində karyera qur
Front End proqramçı saytın ön üzünü (görünən tərəfini) hazırlayan şəxsdir. İstifadəçi saytı açarkən ilk tanış olduğu hissə - kontent, dizayn, naviqasiya və digər kliklənən hər şey məhz Front End developer tərəfindən hazırlanır. Bu nöqtədə, vebsaytdakı səhvlərin aşkar edilməsində və aradan qaldırılmasında iştirak edir və dizayn sahəsində estetik bir perspektiv təmin edir. Vizual komponentlərlə işləyərək tətbiq və vebsaytlarda istifadəni artırır. Front End dərslərinə qoşul və yeni dünyanın axtarılan kadrına çevril!
education_plan
- 1
- 2
- 3
- 4
HTML, CSS, BOOTSTRAP
Bu tədris modulu çərçivəsində tələbələr HTML, CSS və Bootstrap kimi əsas veb development texnologiyalarını istifadə etmə bacarıqlarını öyrənəcək.
Nələrə nəzər yetirəcəksiniz?
- HTML
- CSS
- Bootstrap
- Veb səhifə strukturu
bootcamp_features
Fərqi hiss et! Niyə Coders Bootcamp təhsil modeli?
Peşəkar müəllimlər
Təcrübəli və işini sevən mütəxəssislərdən ibarət müəllim heyətimiz hər bir tələbənin inkişafı üçün uyğun mühiti formalaşdırır. Sahə üzrə praktiki təcrübə və tədris qabiliyyətinin birləşməsi ilə arzuladığınız sahəni özgüvənlə mənimsəməyinizə şərait yaradılır.
Mentor dəstəyi
Xüsusi mentor dəstəyi vasitəsilə fərdi təlimat və dəstəkdən faydalanın. Müvafiq sahələrdə olan mentorlarımız çətinlik yaşadığınız zaman sizə birbaşa həll yolu təklif edir. Onlar bacarıqlarınızı artırmaq və məqsədlərinizə nail olmaqda kömək etmək üçün buradadırlar.
Performans sistemi
Performans sistemi sizin inkişaf yolunuzu izləmək və davamlı təkmilləşdirməni təmin etmək üçün nəzərdə tutulmuşdur. Müntəzəm qiymətləndirmələr, rəy sessiyaları və birbaşa müəllim nəzarəti vasitəsilə irəliləyişiniz müşahidə edilir. Bu, həm də sizə nə qədər yol getdiyinizi ölçmək və nailiyyətlərinizi görmək imkanı verir.
Komanda işi
Dinamik komanda mühitində əməkdaşlığın gücünü hiss edin. Biz komanda işinin yaradıcılıq və yeniliyi təşviq etdiyinə inanırıq. Real layihələr üzərində birlikdə işləyərək bacarıqlarınızı artıracaq və güclü peşəkar şəbəkə inkişaf etdirəcəksiniz.
Real layihə təcrübəsi
Müasir tələbləri əks etdirən real layihələrlə praktiki təcrübə qazanın. Kurikulumumuza praktiki tapşırıqlar və qabaqcıl şirkətlərdə təcrübə keçmək daxildir ki, bu da sizə biliklərinizi real dünyada tətbiq etmək şansını verir. Bu təcrübə təkcə bacarıqlarınızı artırmır, həm də potensial işəgötürənlərə öz imkanlarınızı nümayiş etdirərək sizi işə hazır edir.
Karyera dəstəyi
Tələbələrimizi ilkin karyera addımlarında tək buraxmırıq. İş axtarışı, CV hazırlanması və işə qəbul strategiyaları, networking imkanları - arzu etdiyiniz işi əldə etmək üçün lazım olan alət və resurslarla təmin edirik. Komandamızla birgə korporativ mühitə adaptasiya və işə qəbul prosesində dəstək göstəririk.
career_service
- 1
- 2
- 3
- 4
Peşəkar portfolio tərtibatı
İşəgötürənlərin diqqətini çəkəcək unikal portfolio yaratmaqda sizə dəstək oluruq.
Mərhələlər:
- Layihələrin professional təqdimatı
- Portfolio veb-səhifəsinin hazırlanması
- Texniki bacarıqların effektiv nümayişi
what_do_say_our_graduates
Camal Hüseynov
Senior Frontend DeveloperD-TechCoders tərəfindən təşkil edilən bu frontend kursu, mənim proqramlaşdırma sahəsindəki təhsilimə dəyərli əlavələr edən bir təcrübə oldu. Proqram, ən son texnologiyalara uyğun bir mündəricat təklif edirdi.
Leyla Hüseynzadə
Frontend DeveloperProsoflyReact ilə işləmək qabiliyyətimi Coders-də əldə etdim. Bootcamp müddətində real layihələr üzərində işləmək və komandada çalışmaq bacarıqlarımı inkişaf etdirdi. İndi istədiyim iş fürsətinə sahibəm.
Elvin Mürşüdlü
Frontend DeveloperMinAProqram, ən son texnologiyalara uyğun bir mündəricat təklif edirdi. Təlimçilər bilikli, təcrübəli olmaqla yanaşı dərs saatlarından da əlavə yeni şeylər öyrənməyə həvəsləndirirdilər.
Gülxanım Əkbərova
Frontend DeveloperPolygrafCoders-də keçirilən Frontend Bootcampı mənim üçün dönüş nöqtəsi oldu. UI/UX prinsipləri və müasir framework-lərlə işləmək təcrübəsi qazandım. Praktiki layihələr xüsusilə faydalı oldu.
selected_graduate_projects
payment_forms
- Təhsil haqqını tam olaraq əvvəlcədən ödəmək istəyən tələbələr üçün əlverişlidir
- Birdəfəlik ödəniş edən tələbələrə müəyyən güzəştlər təklif olunur
- Aylıq ödənişlərlə bağlı narahatlıqlar aradan qalxır
- Tələbələrə təhsillərinə tam diqqət yetirmək imkanı verir
faq
Hansı tədris proqramları mövcuddur?
Mərkəzimizdə İT sahəsinin 8 əsas qolu üzrə tədris mövcuddur:
- Frontend Proqramlaşdırma
- Backend Proqramlaşdırma
- Mobil proqramlaşdırma
- Data Science
- Kibertəhlükəsizlik
- DevOps
- UX/UI Dizayn
- İT Biznes Analitika
Mərkəziniz harada yerləşir?
Ünvanımız: Yasamal rayonu, Məhəmməd Naxçivani küçəsi 9, Statistika Komitəsi ilə üzbəüz.
Coders-ə qəbul prosesi necə aparılır?
Qəbul prosesimizə ilk olaraq konsultativ görüş daxildir. Bu görüşdə sahənizi seçir və proqramımıza uyğun olub-olmadığınızı müəyyənləşdiririk. Uyğun hesab olunduğunuz halda, kiçik bir məntiq imtahanı keçirilir. İmtahandan uğurla keçən namizədlər qeydiyyatdan keçmək imkanına sahib olur.
Tədrisə neçə yaşdan etibarən qoşulmaq olar?
Adətən, tədris proqramına 16 yaşdan etibarən qoşulmaq mümkündür. Lakin, daha aşağı yaş qrupları üçün xüsusi proqramlar da təklif oluna bilər. Bu təkliflər haqqında ətraflı məlumatı konsultativ görüş zamanı əldə edə bilərsiniz.
İngilis dilini bilmək vacibdir?
İngilis dili proqramlaşdırma öyrənmək üçün vacib amillərdən biridir. Tədrisə qoşulmaq üçün İngilis dili biliyi mütləq şərt olmasa da, proqram boyunca bu dili paralel şəkildə inkişaf etdirməyiniz gözlənilir.
Təhsil qarantiyası nədir?
Təhsil qarantiyası çərçivəsində tələbənin ortalaması 65-in üzərində olarsa və qaib limiti 8-i aşmazsa, 1 il ərzində eyni proqramdan yenidən faydalanma hüququ var.
Karyera dəstəyi hansı formada olur?
Karyera departamentimiz CV-nizin peşəkar şəkildə hazırlanması və LinkedIn profilinizin düzgün tərtib olunması üçün sizə dəstək göstərir. Tədrisi ortalama 85 və yuxarı bal ilə tamamladığınız halda, partnyor şirkətlər və ya digər şirkətlər bizdən CV tələb etdikdə CV-nizi yönləndirmək imkanımız da mövcuddur.
Dərslər online yoxsa offline keçirilir?
Həm online həm də əyani şəkildə dərslərimizə qoşulmaq mümkündür.
Sizdə endirim olur?
Şəhid, Qazi, müharibə veteranları və onların ailələrinə, bir ailədən ikinci bir şəxs tədris alarsa həmin şəxsə və bizim mərkəzimizdə ikinci tədrisi alan tələbələrimizə müəyyən güzəştlərimiz mövcuddur.