UX/UI Dizayn Bootcamp

  • 3.5 ay | Həftədə 3 gün | Gündə 2 saat (ümumi 84 saat)
  • Sıfırdan başlayanlar üçün
  • Onlayn qoşulma imkanı
  • Video, e-book dərs materialları ilə təminat
  • Beynəlxalq sertifikata yönəltmə*
UX/UI Dizayn Bootcamp
UX/UI sahəsində karyera qur

UX/UI sahəsində karyera qur

UX / UI dizaynerinin işi istifadəçilərə mürəkkəb texniki məhsullardan istifadə edə biləcəkləri interfeyslər yaratmaqdır. İstifadəçi ehtiyaclarına və davranışlarına diqqət yetirmək bu işin əsasını təşkil edir.Onun vasitəsilə müəssisələr istifadəçi məmnuniyyətini və biznes dəyərini artıra, müştəri loyallığı qazana bilər. Texnoloji startaplar, e-ticarət, səhiyyə və maliyyə xidmətləri də daxil olmaqla müxtəlif sənaye sahələri üzrə şirkətlər rəqəmsal mövcudluğunu artırmaq üçün UX/UI dizaynerlər axtarır. Bu sahədə karyera qurmaq səni əla iş imkanları və artan maaşlar ilə axtarılan kadra çevirir.

Tədris Planı

  • 1
  • 2
  • 3
  • 4
UX Research and Analysis

 

Bu tədris modulu çərçivəsində tələbələr dizaynda UX və UI fərqlərini, istifadəçi araşdırmalarını və rəqib analizini öyrənəcəklər.

 
Nələrə nəzər yetirəcəksiniz?

 

  • UX və UI fərqləri
  • İstifadəçi araşdırması
  • Rəqib analizi
  • İstifadəçi personası

Bootcampın
Özəllikləri

Fərqi hiss et! Niyə Coders Bootcamp təhsil modeli?

Peşəkar müəllimlər

Təcrübəli və işini sevən mütəxəssislərdən ibarət müəllim heyətimiz hər bir tələbənin inkişafı üçün uyğun mühiti formalaşdırır. Sahə üzrə praktiki təcrübə və tədris qabiliyyətinin birləşməsi ilə arzuladığınız sahəni özgüvənlə mənimsəməyinizə şərait yaradılır.

Mentor dəstəyi

Xüsusi mentor dəstəyi vasitəsilə fərdi təlimat və dəstəkdən faydalanın. Müvafiq sahələrdə olan mentorlarımız çətinlik yaşadığınız zaman sizə birbaşa həll yolu təklif edir. Onlar bacarıqlarınızı artırmaq və məqsədlərinizə nail olmaqda kömək etmək üçün buradadırlar.

Performans sistemi

Performans sistemi sizin inkişaf yolunuzu izləmək və davamlı təkmilləşdirməni təmin etmək üçün nəzərdə tutulmuşdur. Müntəzəm qiymətləndirmələr, rəy sessiyaları və birbaşa müəllim nəzarəti vasitəsilə irəliləyişiniz müşahidə edilir. Bu, həm də sizə nə qədər yol getdiyinizi ölçmək və nailiyyətlərinizi görmək imkanı verir.

Komanda işi

Dinamik komanda mühitində əməkdaşlığın gücünü hiss edin. Biz komanda işinin yaradıcılıq və yeniliyi təşviq etdiyinə inanırıq. Real layihələr üzərində birlikdə işləyərək bacarıqlarınızı artıracaq və güclü peşəkar şəbəkə inkişaf etdirəcəksiniz.

Real layihə təcrübəsi

Müasir tələbləri əks etdirən real layihələrlə praktiki təcrübə qazanın. Kurikulumumuza praktiki tapşırıqlar və qabaqcıl şirkətlərdə təcrübə keçmək daxildir ki, bu da sizə biliklərinizi real dünyada tətbiq etmək şansını verir. Bu təcrübə təkcə bacarıqlarınızı artırmır, həm də potensial işəgötürənlərə öz imkanlarınızı nümayiş etdirərək sizi işə hazır edir.

Karyera dəstəyi

Tələbələrimizi ilkin karyera addımlarında tək buraxmırıq. İş axtarışı, CV hazırlanması və işə qəbul strategiyaları, networking imkanları - arzu etdiyiniz işi əldə etmək üçün lazım olan alət və resurslarla təmin edirik. Komandamızla birgə korporativ mühitə adaptasiya və işə qəbul prosesində dəstək göstəririk.

Karyera Xidmətləri

  • 1
  • 2
  • 3
  • 4

Peşəkar portfolio tərtibatı

İşəgötürənlərin diqqətini çəkəcək unikal portfolio yaratmaqda sizə dəstək oluruq.


 

Mərhələlər:
  • Layihələrin professional təqdimatı
  • Portfolio veb-səhifəsinin hazırlanması
  • Texniki bacarıqların effektiv nümayişi

Məzunlarımız nə deyir?

Aygün Əliyeva
Interaction Designerperformance.ms

UX/UI təlimi mənim karyeramda dönüş nöqtəsi oldu. İxtisaslaşmış müəllimlərin köməyi ilə dizayn prinsiplərini dərindən öyrəndim. Coders komandasına təşəkkürümü bildirirəm.

Aygün Əliyeva
Rəşad Hacıyev
Product DesignerProsofly

Təlim ərzində önəmli alətləri mükəmməl mənimsədim. Müəllimlər praktiki tapşırıqlarla bizi real layihələrə hazırladılar. İndi özgüvənlə dizayn işləri görə bilirəm.

Rəşad Hacıyev
Səbinə Məmmədova
UI/UX DesignerCaravan

UX/UI bootcampı mənə yaradıcı düşünməyi öyrətdi. İstifadəçi təcrübəsinin əhəmiyyətini başa düşdüm və artıq bir neçə startapla əməkdaşlıq edirəm.

Səbinə Məmmədova
Kamran Əzizov
UI/UX Designerperformance.ms

Burada qazandığım biliklər sayəsində arzuladığım karyeraya keçid edə bildim. Sahə üçün önəmli texnologiyaları praktiki mənimsəmə və tətbiq etmə fürsəti qazandım.

Kamran Əzizov

Seçilmiş məzun layihələri

Food Delivery App
Food Delivery App
  • Səma Abdullayeva
  • Figma
E-Learning Platform Redesign
E-Learning Platform Redesign
  • İsa Rəcəbli
  • Figma

Ödəniş formaları

Birbaşa ödəniş
Birbaşa ödəniş
  • Təhsil haqqını tam olaraq əvvəlcədən ödəmək istəyən tələbələr üçün əlverişlidir
  • Birdəfəlik ödəniş edən tələbələrə müəyyən güzəştlər təklif olunur
  • Aylıq ödənişlərlə bağlı narahatlıqlar aradan qalxır
  • Tələbələrə təhsillərinə tam diqqət yetirmək imkanı verir
Hissəli ödəniş
Hissəli ödəniş
  • Təhsil xərclərinizi daha rahat idarə etməyə imkan verir
  • Hər ay müəyyən edilmiş məbləği ödəyərək təhsilinizi davam etdirə bilərsiniz
  • Xərclərinizi zaman içində paylaşdıraraq maliyyə yükünüzü azaldır
Birkartla ödəniş
Birkartla ödəniş
  • Taksit imkanı təhsil haqqını daha uzun müddətə yaymağa imkan verir
  • Bootcampdan asılı olaraq ödənişinizi 6-12 aya bölə bilərsiniz
  • Təhsil xərclərini daha əlçatan edir 
Təqaüd proqramları
Təqaüd proqramları
  • Akademik nailiyyəti və potensialı yüksək olan tələbələrə dəstək məqsədi daşıyır
  • İKTex ilə əməkdaşlıq təqaüdləri əlaqələri gücləndirir və karyera imkanlarını artırır
  • Technest təqaüd proqramları isə innovativ layihələri sevən tələbələrə xüsusi fürsətlər yaradı

Tez-tez soruşulan suallar

Hansı tədris proqramları mövcuddur?

Mərkəzimizdə İT sahəsinin 8 əsas qolu üzrə tədris mövcuddur:

  • Frontend Proqramlaşdırma
  • Backend Proqramlaşdırma
  • Mobil proqramlaşdırma
  • Data Science
  • Kibertəhlükəsizlik
  • DevOps
  • UX/UI Dizayn
  • İT Biznes Analitika
Mərkəziniz harada yerləşir?

Ünvanımız: Yasamal rayonu, Məhəmməd Naxçivani küçəsi 9, Statistika Komitəsi ilə üzbəüz.

Coders-ə qəbul prosesi necə aparılır?

Qəbul prosesimizə ilk olaraq konsultativ görüş daxildir. Bu görüşdə sahənizi seçir və proqramımıza uyğun olub-olmadığınızı müəyyənləşdiririk. Uyğun hesab olunduğunuz halda, kiçik bir məntiq imtahanı keçirilir. İmtahandan uğurla keçən namizədlər qeydiyyatdan keçmək imkanına sahib olur.

Tədrisə neçə yaşdan etibarən qoşulmaq olar?

Adətən, tədris proqramına 16 yaşdan etibarən qoşulmaq mümkündür. Lakin, daha aşağı yaş qrupları üçün xüsusi proqramlar da təklif oluna bilər. Bu təkliflər haqqında ətraflı məlumatı konsultativ görüş zamanı əldə edə bilərsiniz.

İngilis dilini bilmək vacibdir?

İngilis dili proqramlaşdırma öyrənmək üçün vacib amillərdən biridir. Tədrisə qoşulmaq üçün İngilis dili biliyi mütləq şərt olmasa da, proqram boyunca bu dili paralel şəkildə inkişaf etdirməyiniz gözlənilir.

Təhsil qarantiyası nədir?

Təhsil qarantiyası çərçivəsində tələbənin ortalaması 65-in üzərində olarsa və qaib limiti 8-i aşmazsa,  1 il ərzində eyni proqramdan yenidən faydalanma hüququ var.

Karyera dəstəyi hansı formada olur?

Karyera departamentimiz CV-nizin peşəkar şəkildə hazırlanması və LinkedIn profilinizin düzgün tərtib olunması üçün sizə dəstək göstərir. Tədrisi ortalama 85 və yuxarı bal ilə tamamladığınız halda, partnyor şirkətlər və ya digər şirkətlər bizdən CV tələb etdikdə CV-nizi yönləndirmək imkanımız da mövcuddur.

Dərslər online yoxsa offline keçirilir?

Həm online həm də əyani şəkildə dərslərimizə qoşulmaq mümkündür.

Sizdə endirim olur?

Şəhid, Qazi, müharibə veteranları və onların ailələrinə, bir ailədən ikinci bir şəxs tədris alarsa həmin şəxsə və bizim mərkəzimizdə ikinci tədrisi alan tələbələrimizə müəyyən güzəştlərimiz mövcuddur.