Əmək bazarına və qlobol perspektivlərə uyğun olaraq mərkəzimizdə proqramlaşdırma sahəsinin 8 qolu üzrə dərslər tədris edilir. Mərkəzimizdə dərslər intensiv bootcamp formasında keçirilir.
Karyerasını dəyişmək istəyən fərdlər üçün intensiv tədris fəaliyyəti göstərən tədris mərkəzidir.Müəssisə 2015-ci ildə bu sahəyə yeniliklər gətirmək üçün fəaliyyətə başlamış və 2017-ci ildən İT sahəsinə ixtisaslı kadrlar qazandırmaq məqsədilə veb proqramlaşdırma mərkəzi olaraq fəaliyyətini davam etdirir.
Komandamız şirkətinizə xas ola biləcək problemləri, potensial imkanlar və hədəfələri müəyyən etməkdə sizin dəstəkçiniz olacaq. Əməkdaşlıq çərçivəsində müəssisənizin İT sahəsində ehtiyaclarını və stratejik hədəflərini müəyyən edəcəyik.
Dərslər xüsusi kurrikulum əsasında hazırlanan Coders Bootcamp metodu ilə tədris olunur. Bootcamp modeli intensiv tədris modeli olduğu üçün tələbələr daim dəyişən tələblərə daha tez hazır olurlar. Qruplarda tələbə sayı 8-dən çox olmadığı üçün hər bir tələbəyə fərdi yanaşılır və tələbələr arasında gələcək üçün faydalı olacaq əlaqələrin qurulması üçün imkanlar daha yüksək olur.