• İT

İT biznes analitik kimdir? İT biznes analitik kursları seçimi

Paylaş
İT biznes analitik kimdir? İT biznes analitik kursları seçimi

Bu gün rəqəmsal transformasiya şəraitində İT Biznes analitikin rolu olduqca vacibdir. Bu bloq yazısında İT biznes analitik kimdir, İT biznes analitikanı necə öyrənmək olar və İT biznes analitika kurslari haqqında yazacayıq.

 

İT biznes analitik kimdir?

Əvvəlcə İT Biznes analitik nə etdiyini aydın başa düşək. İT Biznes analitik biznes və İT departamentləri arasında vasitəçi kimi çıxış edir. Onlar biznes ehtiyaclarını texniki həllərə çevirməklə və İT layihələrinin strateji hədəflərə uyğun olmasını təmin etməklə boşluğu aradan qaldırırlar. İT Biznes analitik rolu biznes mühitini və biznesin dəyişən ehtiyaclarını anlamaqdır. 

 

Biznes analitik biznes tələblərini, prosesləri və informasiya sistemlərini təhlil etmək üçün təşkilatın yüksək səviyyəli maraqlı tərəfləri ilə əlaqədə olur, həmçinin data analitika köməyi ilə məhsulları, xidmətləri və proqram təminatını təkmilləşdirməklə biznesi düzgün istiqamətə yönəltməyə kömək edir. Sadə dillə desək, İT biznes analitik şirkətin ümumi səmərəliliyini artırarkən İT və biznes rollarını birləşdirir.

 

İT biznes analitik əsas rolu nədən ibarətdir?

 

İT Biznes analitik əsas vəzifələrindən biri biznesin məqsəd və ehtiyaclarını anlamaqdır. Bu, müvafiq şöbələrlə sıx işləməyi, danışıqların aparılması və tələblərin toplanmasından ibarətdir. Onlar tərəflərin texnologiya vasitəsilə nəyə nail olmaq istədiklərini müəyyənləşdirməkdə mühüm rol oynayırlar. İT biznes analitik öhdəlikləri kimi İT departamenti və idarəedici üzvlərlə davamlı əlaqədə olaraq prosesə nəzarət etməli, Biznesin məqsəd və hədəflərini doğru anlamalı bu yolda lazımlı layihə təklifləri verməli yaxud gedən prosesləri izləyə bilməlidir, Daxili və ya xarici proseslərin optimallaşdırılması üçün texniki həllər təqdim edə bilməyi saya bilərik.

 

İT biznes analitik olmaq üçün nə bilməliyik?

 

İT biznes analitik vakansiyası ölkəmizdə də getdikcə çoxalmaqdadır. Bunun üçün müxtəlif şirkətlər müxtəlif tələblər qoyur, ancaq ümumi ortaq cəhətləri ələ alsaq İT biznes analitik vakansiyası üçün: Analitik düşüncə, Problem həll etmə bacarığı, Məlumatlarla işləyəbilmə, Lazımi halda müxtəlif şöbələrin koordinasiyasını təşkil etmə, Proqram bilikləri (bəzi yerlər üçün SQL, Jira. Figma və s.) saya bilərik. 

 

İT biznes analitika kursları

 

Bu sahədə onlayn / offlayn formada bir çox kurs mövcuddur. Sahənin texniki tələbləri konkret olduğu üçün əsas meyar kursun keyfiyyəti olmalıdır. Bu baxımdan təlim zamanı və sonrası karyera dəstəyi kimi faktorlar önəmlidir. Coders olaraq 3 aylıq İT biznes analitika kursları təklif edir və praktiki nümunələr də təqdim edərək keyfiyyətli tədris vəd edirik. Bu sahədə karyera qurmaq üçün dil biliklərinizi möhkəmləndirmək mütləqdir. Amerikada İT biznes analitik maaşları ildə 90.000$ qədər ola bilir. Freelance işlərdə isə saatlıq 50$ ödənən və gələcək vəd edən böyük bir bazar mövcuddur. 

 

Rəqəmsal transformasiya əsrində İT Biznes Analitik biznesin gələcəyini formalaşdırmaqda əvəzsiz oyunçulardan biridir. Onlar problem həll edən, ünsiyyət quran və texnologiyanın böyümə və innovasiyasın təkan vermək üçün məlumatların səmərəli şəkildə istifadə olunmasını təmin edirlər. Onların biznes və İT arasındakı boşluğu aradan qaldırmaq qabiliyyəti rəqəmsal dövrdə inkişaf etmək istəyən təşkilatlar üçün vacibdir. Siz də bu sahədə peşəkar olmaq istəyirsinizsə, Coders-in İT biznes analitika kurslarına qoşulun.

DİGƏR XƏBƏRLƏR