Coders Azerbaijan

EC-Council Certified Ethical Hacker (CEH) Instructor

Coders Azerbaijan
Information about work

Coders Azerbaijan təhsil mərkəzində "EC-Council Certified Ethical Hacker (CEH) " üzrə təlimçi vakansiyası elan olunur!

Şirkətimiz üçün EC-Council Certified Ethical Hacker (CEH) təlimçisi axtarışındayıq. Namizəd sertfikatlı etik haker olmaq istəyən tələbələrə bu sahənin sirlərini öyrədəcək. Kurs materiallarının hazırlanması, sinif şəraitində və virtual qaydada təlimlərin keçirilməsi, kibertəhlükəsizlik sahəsində öz üzərində işləmək və son yeniliklərdən xəbərdar olmaq namizədin öhdəliklərinə daxildir. 

Müraciət üçün CV-nizi hr@coders.edu.az e-mail ünvanına “EC-Council Certified Ethical Hacker (CEH) Instructor” başlığında göndərməyiniz xahiş olunur.

About vacancy:
Work formatPart Time
LocationBakı şəhəri, M.Naxçıvani küç 10
Announcement date12 September
Şirkət haqqında

Coders Azerbaijan IT sahəsi üçün peşəkar kadrlar hazırlamaq məqsədilə fəaliyyət göstərən veb proqramlaşdırma mərkəzidir. Təcrübəli müəllim heyəti, beynəlxalq standartlara əsaslanan tədris proqramı, intensiv olmaqla yanaşı, əlavə dərslərin də yer aldığı tədris modeli və tələbələrə yaradılan geniş karyera imkanları bizi fərqləndirən cəhətlərdir.

 

Görəcəyiniz işlər
  • ⁠ ⁠Universitet tələbələri, İT mütəxəsislər və korporativ müştərilərimizə EC-Council CEH təlimlərinin verilməsi
  • Təqdimatlar, laboratoriyalar və qiymətləndərmələrin hazırlanması və yenilənməsi
  • ⁠Təlim sessiyaları zamanı və ehtiyac yarandıqda sessiyalardan kənar tələbələrə mentorluq və dəstək göstərilməsi
  • ⁠ ⁠Tələbələrin inkişaf səviyyəsini və təlimin effektivliyini qiymətləndirmək üçün kursdan əvvəl və sonra qiymətləndirmələrin keçirilməsi
  •  ⁠Təlimlərin aktuallığını qorumaq məqsədilə bu sahədə tendensiyalardan, təhlükəsizlik alətlərindən və metodologiyalardan daim xəbərdar olmaq
  • ⁠ ⁠Tələbə rəyləri və bu sahədə baş verən dəyişikliklər əsasında kurs məzmununun yenilənməsi üçün uyğun komanda ilə daim təmasda olmaq
  •  ⁠Maraqlı və məhsuldar öyrənmə təcrübəsini təmin etmək üçün sinif və ya virtual təlim mühitlərinin idarə olunması
  • Təlimlərin EC-Council standartlarına və qaydalarına uyğunluğuna riayət etmək
  • ⁠Vebinarlar, bloqlar və sosial media vasitəsilə CEH kurslarını təbliğ etməklə marketinq fəaliyyətimizə dəstək olmaq
 
Tələblər
  • ⁠Aktiv CEH sertifikatının olması məcburidir..
  • Kibertəhlükəsizlik, etik hakerlik, nüfuz testi və ya əlaqəli sahədə ən azı 3 il təcrübə.
  • ⁠Sinif və virtual şəraitdə İT təhlükəsizliyi üzrə təlim təcrübəsi olanlar üstünlüyə malikdir. 
  • ⁠Mürəkkəb terminləri aydın və başa düşülən şəkildə izah etmək üçün yazılı və şifahi ünsiyyət bacarıqları.
  • Namizədin CEH sertifikatından başqa CISSP, CISM, CompTIA Security+ və s. kimi digər kibertəhlükəsizlik sertifikatlarına malik olması arzuolunandır.
  • ⁠Mövcud təhlükəsizlik alətləri, texnikaları, etik hakerlik və pentestdə ən yaxşı təcrübələr haqqında güclü bilik.
  • ⁠Tələbələrə sertifikat və karyera məqsədlərinə çatmaqda kömək etmək və onları öyrətmək üçün çox həvəsli olmaq.
  • ⁠CEI sertifikatına malik olan namizədlər əlavə üstünlüyə malikdirlər.

Stay up to date with the world of technology by subscribing