Şəhid və qazi ailələrinə dəstək
Vətən müharibəsi iştirakçılarının, şəhidlərin və qazilərin ailə üzvləri üçün nəzərdə tutulub.




28 həftə
Tədris100%
Təqaüd14 sentyabr
Son müraciət tarixi12 avqust
Başlanma tarixiTəqaüd haqqında
Coders Azerbaijan-da biz şəhid ailələrinə və qazilərə dəstək üçün xüsusi təqaüd proqramları təqdim edirik. Bu təqaüdlər rəqəmsal texnologiyalar və proqramlaşdırma sahəsində karyera qurmaqda maraqlı olan şəxslər üçün imkanlar yaratmaq məqsədi daşıyır. Bizim prioritetimiz təhsil və peşəkar inkişaf imkanlarına məhdud çıxışı olanlara dəstək olmaq, onlara güclü gələcək karyera qurmalarına kömək etməkdir. Məqsədimiz hər kəsə öz bacarıqlarını inkişaf etdirməyə və İT sahəsində öz yerini tapmağa kömək etməkdir.

Müraciət qaydası
Ərizə təqdim edin
Təqaüd proqramının tələblərini diqqətlə oxuduqdan sonra müvafiq ərizə formasını dolduurun. Son tarixə diqqət etməyi və ərizəni vaxtında göndərməyi unutmayın.
İlkin müsahibə
Müsahibəyə dəvət almısınızsa, təbriklə! Bu mərhələdə təqaüd proqramı və özünüz haqqında suallara cavab verməyə hazır olun. Çalışın səmimi və özünüz kimi olasınız.
Texniki müsahibə
Texniki biliklərinizi nümayiş etdirməyə hazır olun. Problemləri həll etmək və analitik düşüncə bacarıqlarınızı da göstərməkdən çəkinməyin.
Qərar
Müsbət geridönüş alan şəxslər təqaüd imkanlarından yararlana bilir. Əgər mənfi cavab almısınızsa, ruhdan düşməyin. Digər imkanları araşdırın və təkmilləşməyə davam edin.
Tədris Proqramı
Tədris proqramı proqramlaşdırma təcrübəsi olan və olmayan şəxslər üçün nəzərdə tutulub. O, alqoritmlər, data strukturları, resursların idarə edilməsi, təhlükəsizlik, proqram mühəndisliyi və veb proqramlaşdırma kimi mövzuları əhatə edir. Əhatə olunan proqramlaşdırma dillərinə C, Python və SQL, həmçinin HTML, CSS və JavaScript daxildir. Proqram iştirakçıların yekun layihəsi ilə yekunlaşır.
Html, Css, Bootstrap
JavaScript Fundamentals
JavaScript Advanced
Core PHP
SQL
Laravel
API yazılması
Final Layihələrinin Hazırlanması
Tez-tez soruşulan suallar
Dərslər hansı dildə keçiriləcək?
VDərslər yerli mütəxəsislər tərəfindən Azərbaycan dilində keçiriləcək.
İşlə təminat olacaq?
Tədrisi uğurla sonlandıran tələbələr mövcud vakansiyalar üzrə işlərə yönləndirməkdə dəstək olunacaqdır.
Proqrama başlamaq üçün texniki tələblər nələrdir?
Proqram karyera dəstəyi yönümlü quruduğundan minimum 1 il IT sahəsində təhsil vəya təcrübə və minimum B2 səviyyəsində ingilis dili tələb olunur.
Proqram ödənişsizdir?
Hər bir proqram üçün formalaşdırılan bootcamp 100 faiz təqaüdlü olmaqla ödənişsiz şəkildə keçirilir.