Financial Times-də John Burn-Murdoch-un “The university degree is losing its lustre” məqaləsində diqqətçəkən ən vacib məqamlardan:
1. ABŞ-da universitet məzunlarının əməkhaqqı üstünlüyü son 4 ilin hər birində azalıb
2. Şirkətlər namizədləri diplom əsasında deyil, tamamilə bacarıq testləri, müsahibələr və real iş qabiliyyəti əsasında qiymətləndirməyə başlayırlar.
Maraqlı nümunələrdən biri Palantir-dir. Şirkət artıq universitet məzunları ilə yanaşı, diplomu olmayan, lakin yüksək bacarığa sahib namizədləri də xüsusi olaraq işə götürür və onların inkişafını "on-the-job training" ilə davam etdirir. Bu, məncə, əmək bazarının hansı istiqamətə getdiyini çox aydın göstərir. Universitet təhsili öz əhəmiyyətini saxlasa da akademik göstərici bacarığın sübutu olmaq funksiyasını itirmiş vəziyyətdədir.
Məhz burada Coders Azerbaijan kimi texnoloji yeniliklərə ayaq uyduran və resurslarını daim bazarın tələb etdiyi istiqamətlərə yönəldən təhsil müəssisələrinin rolu daha da vacib olur.
Coders Azerbaijan olaraq bizim məqsədimiz ilk gündən sadəcə proqramlaşdırma dili və ya texnologiya öyrətmək olmayıb. Biz təhsillə real əmək bazarı arasında olan boşluğu azaltmağa, insanların bazarın tələb etdiyi praktiki bacarıqları qazanmasına və real layihələr üzərində işləyərək nəticə ortaya qoymasına fokuslanırıq.
Məhz bu yanaşma əsasında qurduğumuz AI Development proqramı ilə AI dövründə əsas fərq sadəcə “AI haqqında məlumatlı olmaq” olmayacaq. Fərqi yaradan insanlar AI ilə real məhsul qura bilən, sistemləri inteqrasiya edə bilən, problemləri texnologiya vasitəsilə həll edən və konkret nəticə göstərə bilənlər olacaq.
Müəllif: Seymur Həmidov (Həmtəsisçi və İdarə heyətinin üzvü ; Coders Azerbaijan)
İstinad: John Burn-Murdoch, “The university degree is losing its lustre,” Financial Times, 2026.
