BMU Texnopark və “Coders Azerbaijan” tərəfdaşlığı ilə 30 sentyabr tarixində Bakı Mühəndislik Universitetində “AI Challenge” workshopu baş tutdu. Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri üçün süni intellekt istiqamətində hərtərəfli praktiki təlim reallaşdırılıb. BMU Texnopark ilə “Coders Azerbaijan” MMC-nin sıx əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirin əsas hədəfi gənclərin innovativ texnologiyalar üzrə biliklərini artırmaq, onları real sənaye mühitünə və gələcək peşə fəaliyyətinə hazırlamaq olub.
Workshopun əsas təlim hissəsində “Coders Azerbaijan” tədris mərkəzinin təlimçisi Cənnət Səmədov iştirakçılara süni intellektin yaranma tarixindən başlayaraq bugünkü müasir AI agentlərinə qədər keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib. Eyni zamanda, maşın öyrənməsi (machine learning) alqoritmlərinin tətbiqi və bu sahədəki fundamental yanaşmalar tələbələrə izah olunub.
Nəzəri biliklərin dərhal möhkəmləndirilməsi məqsədilə təlim praktiki yarışla davam edib. Tələbələr komandalara bölünərək qısa müddət ərzində öz süni intellekt modellərini qurub münsiflərə təqdim ediblər. Yarışın sonunda ən yüksək nəticə göstərən qalib komandaya xüsusi hədiyyələr təqdim olunub.
Tədbirin son hissəsində “Coders Azerbaijan” MMC-nin təsisçisi Seymur Həmidov qalibləri təbrik edib, gənclərin süni intellekt və innovasiyalar sahəsində biliklərini fasiləsiz olaraq inkişaf etdirmələrinin vacibliyini vurğulayıb.
AI Challenge Workshop: Tələbələr üçün praktiki suni intellekt təcrübəsi
Nəzəriyyənin praktikaya çevrildiyi “AI Challenge Workshop” tələbələrə süni intellekt dünyasına ilk real addımlarını atmağa şərait yaratdı.

iktitaicodersazerbaijanworkshopbmucoders


